Rusiyanın itkilərinin sayı açıqlanıb

10:35 | 27.03.2023
Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb

Ukrayna Silahlı Qüvvələri son sutkada 610 rus işğalçısını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi bildirib.
 
Qərargahın məlumatına görə, Rusiyanın onlarla texnikasını, o cümlədən artilleriya sistemlərini və zirehli döyüş maşınları yandırılıb.

Martın 27-nə olan məlumata görə, Rusiyanın Ukraynadakı itkiləri təxminən 171 160 nəfəri ötüb.
 
Tanklar - 3595, zirehli döyüş maşınları - 6953 artilleriya sistemləri - 2638, MLRS - 523, hava hücumundan müdafiə sistemləri - 27, təyyarə 305, helikopterlər 291, əməliyyat-taktiki səviyyəli PUA - 2216, qanadlı raketlər - 911, gəmilər/qayıqlar 18, avtomobil avadanlığı və tankerlər 5493 ədəd məhv edilib.

Martın 26-da Ukrayna sərhədçiləri Baxmutda hava kəşfiyyatı sayəsində muzdluların cəmləşdiyi yerləri minaatanlarla vurublar.
 
2021 ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb