Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 829 591 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 296 aktiv xəstə var. Bu günə qədər 10 178 nəfər vəfat edib.
Son sutkada ölkədə 246 vaksin vurulub. Bununla da vurulan vaksinlərin sayı 13 953 878-ə çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !