Sertifikasiyadan keçməyən müəllimlər yenidən imtahan verəcək

20:48 | 29.03.2023
Sertifikasiyadan keçməyən müəllimlər yenidən imtahan verəcək

Sertifikasiyadan keçməyən müəllimlər yenidən imtahan verəcək

Ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin 22 faizi (2742 nəfər) bu il yenidən sertifikasiyaya cəlb olunacaq.

Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı brifinqdə deyib.

Qurum rəhbəri bildirib ki, ötən il imtahanlarda ibtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb. Onun sözlərinə görə, imtahanda uğur qazanan müəllimlərin maaşına əlavələr edilib.

"5624 müəllimin maaşına 10 faiz, 3127 müəllimin maaşına 35 faiz əlavə edilib. Ötən il imtahanlarda uğurlu olmayan 22 faiz – 2472 müəllim ilə təlimlər keçirilir. Onlara iş yerlərində qalmaq üçün bir il möhlət verilib. Təkrar sertifikasiyada iştirak edəcəklər”, – Rüfət Əzizov qeyd edib.

O qeyd bildirib ki, keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb