Ermənistanda qızılcaya yoluxma halları artıb

11:28 | 30.03.2023
Ermənistanda qızılcaya yoluxma halları artıb

Ermənistanda qızılcaya yoluxma halları artıb

Ermənistanda qızılcaya yoluxanların sayı 85 nəfərə çatıb. Bu barədə "Sputnik Armenia” Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
 
Bildirilir ki, 85 nəfərdən 7-si xəstəxanaya yerləşdirilib, 36-sı ev şəraitində müalicə olunub, 42-si tibb müəssisələrindən buraxılıb.
 
Xəstəxanaya yerləşdirilən 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.
 
Sonunsu statistik məlumata görə, martın 13-də xəstələrin ümumi sayı 50 olub.
 
Rəsmi rəqəmlərə görə yoluxanların 57-si uşaqdır.
 
Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.

2019-cü ilin iyulundan başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.
 
Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün, 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır


Zinyət Mehtiyeva


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb