Lavrov Türkiyəyə gedir

22:34 | 31.03.2023
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Bunu cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

Zaxarovanın sözlərinə görə, regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Azərbaycanın Qarabağ regionunda, eləcə də Suriya, Ukrayna, Mərkəzi Asiya və Əfqanıstanda mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.

Görüş zamanı ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb