Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub

14:17 | 18.05.2023
Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub

Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub

Azərbaycanda mayın 18-dən başlayaraq bir ay müddətində "İnsan Hüquqları Aylığı” elan edilib. Bu barədə Ombusdmandan bildirilib. 

"Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə "İnsan Hüquqları Aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin - şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, qarşıdan gələn həmin əlamətdar günlə əlaqədar 18 may - 18 iyun tarixlərini ölkədə "İnsan Hüquqları Aylığı” elan etməklə, dövlət və yerli özünüidarə orqanlarını, elm, təhsil, tibb və mədəniyyət müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və medianı təşəbbüsümüzə aktiv şəkildə qoşularaq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil etməyə çağırıram", - Səbinə Əliyeva deyib. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb