Rusiyanın itkilərinin sayı açıqlanıb

10:11 | 19.05.2023
Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb

Ukrayna ordusu son sutkada Rusiyanın 660 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
 
Müharibə başlayandan bu günə kimi Rusiyanın itkiləririn sayı ümumilikdə 201 760 nəfərdir.

Məlumata görə, Rusiyaya məxsus 4 tank, 4 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən məhv edilib.
 
2023-cü il mayın 19-na keçən gecə Rusiya Qara dənizdəki gəmilərdən "Şahed-136/131” hücum pilotsuz təyyarələri və "Kalibr” qanadlı raketləri ilə şimal və cənub-şərq istiqamətindən Ukraynaya hücum edib.

 Ötən ilin fevralın 24- dən Rusiyanın Ukraynaya hücumu davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb