Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb

13:14 | 19.05.2023
İşğaldan azad edilmiş ərazilərdə 810 236 026 kvadrat hektar sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib. Bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov deyib.

O bildirib ki, təmizlənmiş ərazidən 28 235 ədəd piyada əleyhinə mina, 15 258 ədəd tank əleyhinə mina, 44 228 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
 
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb