Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 16 nəfər sağalıb, 1 nəfər xəstəlikdən vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 716 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 367 nəfər müalicə olunaraq sağalıb, hazırda 78 aktiv xəstə var. Bu günə qədər 10 271 nəfər vəfat edib.
Eyni zamanda ölkədə son sutka ərzində 211 nəfər vaksinasiya olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !