Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət
19:09 | 20.05.2023
PAYLAŞ
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.