Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

17:22 | 21.05.2023
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 10 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
 
İndiyədək ölkədə ümumilikdə 831 732 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 74 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 611 705 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 32 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 989 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb