Rusiyanın itkiləri açıqlanıb

09:26 | 22.05.2023
Son sutkada Ukrayna Rusiyanın 720 hərbçisini məhv edib. Bu barədə Ukrayna Qüvvələrinin Baş Qərargahı məlumat verib

2022- ci ilin fevralından bu günə kimi Rusiyanın ümumi itkisi 203 880 nəfərdir.

 
Son sutkada Rusiyaya məxsus 2 tank, 9 zirehli döyüş maşını, 20 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb