Rusiyanın itkilərinin sayı açıqlanıb

10:04 | 23.05.2023
Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb

Son sutkada Ukrayna Rusiyanın 480 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Müharibə başlayandan bu günə kimi ümumilikdə Rusiyanın itkilərinin sayı 204 360 nəfərə çatıb.
 
Son sutkada Rusiyanın 4 tank, 12 zirehli döyüş maşını, 40 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM