Rusiyanın itkilərinin sayı açıqlanıb

10:37 | 25.05.2023
2022-ci il fevralın 24-dən Rusiyanın ümumi döyüş itkiləri 204 min 760 nəfərə çatıb. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. 
 
 
Bildirilir ki, ötən sutkada Müdafiə Qüvvələrinin aviasiyası Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib.

"Son sutkada  əsgərlərimiz düşmənə məxsus "Şahed” tipli 3 hücum PUA-sı və "Orlan-10” tipli 1 kəşfiyyat pilotsuz uçan aparatını məhv edib”, - məlumatda deyilir.

Eyni zamanda, raket və artilleriya bölmələri 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 4 sursat anbarını, bir elektron döyüş məntəqəsini, atəş mövqelərində olan 4 artilleriya bölməsini və daha 4 hədəfini vurub.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb