Ötən sutka ərzində ukraynalı müdafiəçilər 410 rus hərbiçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb
Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya ordusunun itkiləri 210 350 nəfərə çatıb.
Məlumata görə, Rusiya Kupyanski, Baxmutski və Maryinski istiqamətlərində hücuma keçməyə cəhd edib.
24 saat ərzində bu ərazilərdə Rusiyanın ümumilikdə 29 hücumu dəf edilib.
Rusiya Baş Qərargahı və Müharibə Araşdırmaları üzrə Amerika İnstitutu Ukrayna qüvvələrinin Donetsk və Zaporojye vilayətlərinin qovşağında - Velyka Novoselivka bölgəsində hücumu barədə məlumat verib.
Ruslar bütün hücumların dəf edildiyini, müstəqil analitiklər isə Ukrayna Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəsini azad etdiyini bildirirlər.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !