Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onsəkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 82m² olan mənzilin mətbəxində 1 ədəd aspirator, 1p.m mətbəx mebeli yanıb, mənzil yanğından mühafizə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !