Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.
Qrız və Lerikdə duman müşahidə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !