Görmə məsafəsi məhdudlaşacaq

21:26 | 12.09.2023
Görmə məsafəsi məhdudlaşacaq

Görmə məsafəsi məhdudlaşacaq


Sentyabrın 13-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimal olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM