Füzuliyə daha 25 ailə köçürülüb

08:38 | 15.09.2023
Füzuliyə daha 25 ailə köçürülüb

Füzuliyə daha 25 ailə köçürülüb

Sentyabrın 15-də Füzuliyə 25 ailə olmaqla 73 nəfər geri qaytarılıb. Bu barədə  Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, növbəti köç karvanı Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli sakinlərinin qayıdışı bu ilin avqustun 18-də başlanılıb.

Birinci mərhələdə Füzuliyə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.

Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb