Bakıda yaşayış binasında yanğın olub

10:03 | 17.09.2023
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri 21 p.m yanıb, yüksək temperaturdan mənzillərin 6 ədəd plastikdən ibarət şaxta qapıları deformasiyaya uğrayıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM