Yol polisi sürücülərə müraciət edib

15:39 | 09.11.2023
Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonunun ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqaməti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə idarənin əməkdaşı Araz Əsgərli məlumat verib.

"Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir. Bu, əsasən həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.

"Təmir işlərinin beş gün davam etməsi nəzərdə tutulub. Xahiş edirik ki, sürücülər hərəkətin müvəqqəti dəyişdirilməsini nəzərə alsın”, - deyə Araz Əsgərli vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM