Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən bildirib.
Qəzzada ölən fələstinlilərin sayı 11078 nəfərə çatıb, onlardan 4506-sı uşaq, 3027-si qadındır.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumatına əsasən, daha 2700 nəfər, o cümlədən 1500 uşaq hələ də itkin düşüb. 27 490 fələstinli yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !