Azərbaycan nefti ucuzlaşıb

10:06 | 13.11.2023
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 86,966 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,25 dollar və ya 4,66% azdır.

Həftə ərzində ən yüksək göstərici (I gün) – 90,71 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 85,02 dollar səviyyəsində olub.

2022-ci ildə "Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light” nefti 44,6% bahalaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM