"Bakı Fond Birjası"nın dövriyyəsi artıb

10:53 | 13.11.2023

"Bakı Fond Birjası"nın dövriyyəsi artıb

2023-cü ilin on ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 19 milyard 452,795 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,9 % çoxdur. Bu barədə "Bakı Fond Birjası" QSC-də (BFB) məlumat yayıb.

Bildirilir ki, son 1 ildə bağlanmış əqdlərin sayı isə 39,7 % artaraq 10 560 olub.

BFB-nin dövriyyəsinin 58,4 %-i və yaxud 11 milyard 355,562 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlarının dəyəri 23,1 % artaraq 6 milyard 914,163 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 19,1 % artaraq 1 milyard 183,07 milyon manat olub.
 
2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Ötən iltən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 2,3 % az - 14 milyard 947,985 milyon manat təşkil edib. İl ərzində bağlanmış əqdlərin sayı isə 11,2 % azalaraq 10 501 olub.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb