2023-cü il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6.1 faiz artaraq 755.4 min olub. Bu barədə Dövlət Vergi Xidməti məlumatı yayıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12.2 faiz artıb və 44.8 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7.9 faiz artaraq 204.2 minə çatıb.
Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.
2022-ci ildə fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 16,9 faiz artıb.
Hesabat tarixinə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib, onlardan 104 095-nin fəaliyyəti aktiv olub. Kommersiya hüquqi şəxslərin 90,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
Aytac Zeynalova

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !