Media nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına və ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə keçirilən ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı
Azercell-in jurnalistlər üçün nəzərdə tutulmuş ingilis dilli kurslarının 2023-cü il buraxılışını çap, onlayn və elektron mediada fəaliyyət göstərən 11 nəfər media nümayəndəsi uğurla başa vurdu. Ümumilikdə bu tədris ili üçün Azercell-in ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı ki, onlardan 11 nəfər kursları bitirməyə müvəffəq oldu. İştirakçıların ingilis dili bilikləri əsasında qurulmuş qruplarda dərslər ixtisaslaşmış müəllimlər tərəfindən həftədə 2 dəfə onlayn formatda keçirilib. 6 ay davam etmiş ingilis dili dərslərində media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə dərslər keçirilib.
Kursların bitməsi Azercel-in Baş Ofisində təntənəli surətdə qeyd edildi. İngilis dili kurslarında iştirak etmiş media nümayəndələri sertifikatla təltif olundular. İmtahanlarda ən yüksək nəticə göstərmiş 4 jurnalist isə Azercell-dən xüsusi hədiyyə əldə etdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !