53 nömrəli müntəzəm hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.
4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !