BTC ilə nəql edilən neftin həcmi açıqlanıb

16:13 | 21.11.2023
BTC ilə nəql edilən neftin həcmi açıqlanıb

BTC ilə nəql edilən neftin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən neftin ümumi həcmi 4,3 milyard barel təşkil edib. Bunu BP-nin regional maliyyə direktoru Kolin Alan bildirib.

"BTC yarandığı gündən bu kəmərlə  4,3 milyard barel neft nəql edilib",  -Alan Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) Xəzər regionunda keçirilən 10-cu texniki konfransında deyib.

Onun sözlərinə görə, BTC ilə Azərbaycan neftindən əlavə, Qazaxıstan və Türkmənistan yataqlarından hasil edilən  nefti də nəql olunub. 

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı nəql edilir. BTC ilə həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən hasil edilən neft nəql edilir.

2023-cü ilin 10 ayı ərzində BTC kəməri ilə vurulan neftin həcmi 25 milyon 172,5 min ton (artım 3%), o cümlədən tranzit nefti 4 milyon 270,3 min ton (artım 3,4 faiz) təşkil edib. 

BTC neft kəmərinin uzunluğu 1,768 min km-dir ki, bunun da  443 kilometri Azərbaycan,  2 kilometri isə  Gürcüstan ərazisindən keçir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM