Mərkəzi Bank hərracda nə qədər dollar satıb? - Rəqəmlər

13:33 | 28.11.2023
Mərkəzi Bank hərracda nə qədər dollar satıb? - Rəqəmlər

Mərkəzi Bank hərracda nə qədər dollar satıb? - Rəqəmlər

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında  68,2 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 39,1 milyo ABŞ dolları olub.
 
"Çərşənbə axşamı valyuta hərracı 68,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

Bu ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
  
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb. 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM