Sabah bu rayonlarda qaz olmayacaq

19:47 | 28.11.2023
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Qaz İxrac İdarəsinə məxsus yeni çəkilmiş "Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin "Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı 29.11.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək "Kətəlparaq”, "Tərtər 2” və "Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
 
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM