“Azərkosmos”un ixrac gəlirləri azalıb

15:41 | 30.11.2023
“Azərkosmos”un ixrac gəlirləri azalıb

“Azərkosmos”un ixrac gəlirləri azalıb

2023-cü ilin  yanvar-oktyabrında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 46 ölkəyə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə çox və 5,6 milyon ABŞ dolları (25,8 %) azdır Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı”nın noyabr sayında bildirilir.

"Azərkosmos”un 10 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.


Təkcə oktyabrda isə "Azərkosmos” 42 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6 ölkə çox və 0,7 milyon ABŞ dolları (29,2 %) azdır.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.
 
Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM