Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

09:55 | 18.12.2023
Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

2023-cü ilin on bir ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 718,589 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur. bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,6 % artaraq 1 milyard 495,432 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 9,8 % artaraq 3 milyard 977,978 milyon manat, aksizlər üzrə daxilolmalar 37,4 % artaraq 205,91 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,5 % azalaraq 39,269 milyon manat olub.
 
2022-ci ildə  Dövlət Gömrük Komitəsində  694-ü cinayət xarakterli olmaqla  28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.
 
2021-ci ildə  Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 193,248 milyon manat təşkil edib.
 
Həmin ildə Azərbaycan gömrük orqanları 17 144 hüquqpozma faktı aşkar edib.
 

 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM