Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirib. Bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib",- AMB bəyan edib.
2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 8,3% təşkil edir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !