Mərkəzi Bankın valyuta ehtiyatları artıb

10:32 | 28.12.2023
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2023-cü ilin on bir ayında Azərbaycanın strateji valyuta ehtiyatları 68,2 milyarda çatıb. Bu barədə Mərkəzi Bankdan bildirilib. 

"2023-cü ilin 9 ayı ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 6,7 milyard dollar və ya ÜDM-in 12,5 faizini təşkil edib. Belə bir şəraitdə Azərbaycanın strateji ehtiyatlarında artım müşahidə olunur. 11 ay ərzində belə ehtiyatlar 16,6% artaraq 68,2 milyard dollara çatıb”, - Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatında qeyd olunur. 
 
2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 20,3% artaraq 10,8 milyard dollara çatıb. 

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə valyuta bazarına intervensiyalar çərçivəsində 2 milyard 48 milyon ABŞ dolları əldə edib ki, bu da 2021-ci illə müqayisədə 8,3 dəfə çoxdur.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti