2024-2028-ci illərdə Azərbaycanın ÜDM artımı ildə 2,3%-i keçəcək - BVF

12:19 | 08.02.2024
2024-2028-ci illərdə Azərbaycanın ÜDM artımı ildə 2,3%-i keçəcək - BVF

2024-2028-ci illərdə Azərbaycanın ÜDM artımı ildə 2,3%-i keçəcək - BVF

Beynəlxalq Valyuta Fondu (BVF) 2029-2032-ci illərdə Azərbaycanın ÜDM artımını illik 2,4%-dən yuxarı səviyyədə OLACAĞINI  proqnozlaşdırır.  Belə məlumatlar BVF-nin 2023-cü ilin noyabrında IV Maddə üzrə Azərbaycan hakimiyyəti ilə apardığı məsləhətləşmələrin nəticələrinə əsaslanan hesabatda yer alıb.

2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempi 2,3% təşkil edəcək.


Fondun baza ssenarisinə əsasən, 2029-2030-cu illərdə Azərbaycanda ÜDM-in artımı ildə 2,4%, 2031-2032-ci illərdə isə artım tempi ildə 2,5%-ə qədər sürətlənəcək.

2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM