2024-cü il Cənubi Qafqaz üçün sülh ili ola bilər - Şolz

17:51 | 19.07.2024
2024-cü il Cənubi Qafqaz üçün sülh ili ola bilər - Şolz

2024-cü il Cənubi Qafqaz üçün sülh ili ola bilər - Şolz

2024-cü il cənubi Qafqaz üçün sülh ili ola bilər. Bunu Almaniya kansleri Olaf Şolz deyib.  
 
"Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə söhbət mənim üçün önəmli idi. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir. Tərəflər bir-birinə qarşı aktiv və cəsarətli addımlar atmağa davam edərsə, bu, sülh ilinə çevrilə bilər”, - o bildirib. 
 
Şolz söyləyib ki, Avropa hər zaman sülhün imzalanması üçün dəstək göstərməyə hazırdır. 
 
Bir gün əvvəl Avropa Siyasi Birliyinin sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan lideri ilə görüşməkdən imtina edib. Azərbaycan tərəfi bunu sülhdən imtina kimi qiymətləndirib. 
 
Hazırda sülh istiqamətində danışıqlar prosesi davam edir. Sonuncu danışıqlar Vaşınqtonda hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutub. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM