2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

17:21 | 25.07.2024
2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Cənubi Koreyalı Lim Hee Se 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında oxatma üzrə dünya rekordu qırıb.

Təsnifat mərhələsində idmançı mümkün 720 xaldan 694 xal toplaya bilib. Əvvəlki dünya rekordu 2019-cu ildə qoyulmuşdu və 692 xal idi və başqa bir koreyalı qadın Kanq Çae Yonqa məxsus idi.

Lim Hee Se komandalı oxatma üzrə hazırkı dünya çempionudur və onun 21 yaşı var.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM