2024-cü ildə pensiyaların maliyyələşdirilməsinə 6,5 mlrd manat ayrılıb

16:38 | 05.02.2024
2024-cü ildə pensiyaların maliyyələşdirilməsinə  6,5 mlrd manat ayrılıb

2024-cü ildə pensiyaların maliyyələşdirilməsinə 6,5 mlrd manat ayrılıb

2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Qanunla 6,5 milyard manat vəsait ayrılıb.  Bunu dövlət başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. 

"2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırki indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir. Pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğləri və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da 11,2 faiz indeksləşdirilərək artırılır”, -  o bildirib.

Kərimovun sözlərinə görə,  yeni sərəncamla pensiyaların indeksləşdirilərək artacağı proqnozlaşdırılır.

"Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı praqnozlaşdırılır",  -  Kərimov deyib. 
 
Çiçək Sadatova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM