2024-cü ildə Asiya ölkələrində iqtisadi artım 4,5%-ə olacaq

13:27 | 27.03.2024
2024-cü ildə Asiya ölkələrində iqtisadi artım 4,5%-ə olacaq

2024-cü ildə Asiya ölkələrində iqtisadi artım 4,5%-ə olacaq

2024-cü ildə Asiya ölkələrində iqtisadi artım təxminən 4,5% artıb. Bu barədə Sinxua xəbər agentliyi nin yazdığına görə, Boao Asiya Forumunda (BAF) məlumat verilib. 

Hesabata görə, Asiya qlobal iqtisadiyyatın bərpasına ən mühüm töhfə verən dünya regionu olaraq qalmaqdadır. 

Cənubi Asiya ölkələrində ÜDM-in artımı 2023-cü ildəki 5,4%-lə müqayisədə bu il 5,8%-ə, qərb hissəsində isə 2,5%-dən 3,5%-ə qədər sürətlənəcək. Bölgənin şərqində artım templəri 4,3% səviyyəsində qalacaq. Bu arada, Mərkəzi Asiyada artım tempi keçən ilki 4,5%-dən 4,3%-ə qədər azalacaq.

"Alıcılıq qabiliyyəti pariteti nöqteyi-nəzərindən, ilin sonunda Asiyanın ÜDM-in dünya ÜDM-nin 49%-ni təşkil edəcəyi gözlənilir ki, bu da 2023-cü ildəkindən 0,5 faiz bənd çox olacaq”, - sənəddə qeyd olunur.

Hesabat müəllifləri hesab edirlər ki, Asiyada ticarət və investisiya sahəsində rəqəmsal ticarətin inkişafının sürətləndirilməsi, regionda turizmin bərpası və davamlı inkişaf fonunda ötən ilin mənfi dinamikasını bərpa etmək mümkün olacaq. 

Eyni zamanda, şərqi və cənubi Asiyanın sıx məskunlaşdığı ərazilərdə məşğulluğun nisbətən yavaş artımı bütövlükdə regionda bu göstəricinin yaxşılaşmasını ləngidə bilər.
 
"Lakin Asiyada ümumi işsizliyin qlobal səviyyədən aşağı qalacağı gözlənilir", - hesabatda deyilir.

Ümumilikdə, Asiya iqtisadiyyatlarının əksəriyyətində inflyasiya təzyiqlərinin 2024-cü ildə daha da zəifləyəcəyi proqnozlaşdırılır.

Bu il martın 26-dan 29-dək Haynan adasının Boao şəhərində keçirilən BAF-a 60-dan çox ölkədən 2 minə yaxın iştirakçı qatılıb. Forumun əsas məqsədi Asiyada iqtisadi inteqrasiyanı təşviq etməkdir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM