2024-cü ildə Azərbaycanda ÜDM 2,5%, 2025-ci ildə isə 2,7 artacaq - İNG

14:15 | 11.01.2024
2024-cü ildə Azərbaycanda ÜDM 2,5%, 2025-ci ildə isə 2,7 artacaq - İNG

2024-cü ildə Azərbaycanda ÜDM 2,5%, 2025-ci ildə isə 2,7 artacaq - İNG

Hollandiyanın ING şirkətinin analitikləri 2024-cü ildə Azərbaycanın ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırırlar.

ING proqnozlara əsasən, 2025-ci ildə ölkədə ÜDM-in artımı 2,7% təşkil edəcək.

ING-nin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanın ÜDM-i 0,6% artıb.

2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5% (2023-cü ildə - 9,1%), 2025-ci ildə 5,6% təşkil edəcək.

ING hesab edir ki, 2024-cü ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8%-ə endirəcək və cari il ərzində həmin səviyyədə saxlayacaq. 2025-ci ildə ING-nin hesablamalarına görə, uçot dərəcəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən tədricən 7%-ə endiriləcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü il üçün ÜDM-in artımını 2,4%, 2025-ci ildə isə 2,9% səviyyəsində proqnozlaşdırır. 2024-cü il üçün orta illik inflyasiya proqnozu 5,3%, 2025-ci il üçün 4,9% təşkil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM