Fitch Solutions (Fitch Group-un bir hissəsi) 2024-cü ildə Azərbaycanın ÜDM artımını 2,6% səviyyəsində proqnozlaşdırır. Bu barədə "Fitch Solutions” şirkəti məlumat verib.
Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycan qısa və ortamüddətli perspektivdə Avropa İttifaqından təbii qaza artan tələbatdan faydalanacaq.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə ÜDM-in artımını 2,4% səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !