2024-cü ildə Hollandiyada bir milyona yaxın vətəndaş yoxsul ola bilər

17:06 | 09.03.2023
2024-cü ildə Hollandiyada bir milyona yaxın vətəndaş yoxsul ola bilər

2024-cü ildə Hollandiyada bir milyona yaxın vətəndaş yoxsul ola bilər

Hollandiyada 2024-cü ildə bir milyona yaxın insan yüksək inflyasiya fonunda müvəqqəti hökumət dəstəyi tədbirlərinin sona çatması səbəbindən yoxsulluq həddindən aşağı düşmə riski ilə üzləşib. Bu barədə NL Times ölkənin İqtisadi Siyasət Təhlili Bürosuna (CPB) istinadən xəbər verir.

Büronun məlumatına görə, gələn il dilənçilərin sayı 815 mindən 995 minə qədər arta bilər. Gələn il uşaq yoxsulluğu səviyyəsinin də 6,1%-dən 7,1%-ə yüksələcəyi gözlənilir.

Proqnozlara görə, ölkə iqtisadiyyatı bu il 1,6%, 2024-cü ildə isə 1,4% artacaq.

Bundan əvvəl Avropa İttifaqının statistika idarəsi Hollandiyada illik inflyasiyanın yeni rekord həddə - 16,8%-ə çatdığını bildirmişdi. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb