2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Bunu Prezident İlham Əliyev bildirib.
Prezident bildirib ki, artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2 665 408 636 manat vəsait xərcləndiyi qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !