2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olacaq. Bu barədə Prezident "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
"Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalanması ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !