O bildirib ki, ilkin mərhələdə 300 ailənin köçürülməsi nəzərdə tutulub.
" 2024-cü ilin birinci rübündə Şuşada ümumilikdə 450 mənzildən ibarət 23 binadan ibarət yaşayış kompleksinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bu mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərə veriləcək. Artıq şəhərdə orta məktəb tikilib və sakinlər Şuşaya köçməyə başlayanda məktəb şagirdləri qəbul edəcək. 90 çarpayılıq xəstəxananın tikintisi də davam etdirilir, 2024-cü ilin birinci yarısında istifadəyə verilməsi gözlənilir." - o Azərtaca müsahibəsində vurğulayıb.
Kərimov Şuşanın minalardan tam təmizləndiyini də açıqlayıb.
2020-ci ilin noyabrında Azərbaycan Şuşaya nəzarəti tam bərpa edib. 2021-ci il şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2026-cı ilin sonuna qədər ən azı 140 min insanın Qarabağa və Şərqi Zəngəzura köçürülməsi planlarını açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !