2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək

11:56 | 27.05.2024
2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək

2024-cü ilin sonuna ÜDM artım tempi 3,8% təşkil edəcək

İsqtisadiyyat Nazirliyi 2024-cü ilin sonuna Ümumi Daxili Məhsul (ÜDM) istehsalı üzrə artım tempini əvvəl proqnozlaşdırılan 2,4%-dən 3,8%-ə kimi artırıb.. BU barədə Anews.az-a açıqlamasında İqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev məlumat verib. 
 
2024-cü il dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsinə əsasən, 2024-cü ilin yanvar-aprelində keçən ilin eyni dövrü ilə müqayisədə ÜDM artım tempi  4,3%, qeyri neft sektoru üzrə isə 7,7% təşkil edib.
 

2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

 
2023-cü ildə Azərbaycana ÜDM istehsalı üzrə artım tempi 1,1% təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM