2023-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manata yaxın olub, bu da 2022-ci illə müqayisədə 13,3% və ya 610,5 milyon manat artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 15,1% artaraq 3,3 milyard manatdan çox təşkil edib.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 14,8 % artaraq 842 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 593,3 milyon manat olub.
2022-ci ildə sosial sığorta haqları üzrə Azərbaycan büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 % artıb.
2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 16% artaraq 6 milyard 81 milyon manata çatıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !