Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

10:21 | 12.01.2024
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur. Bunu energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, ötən il elektrik enerjisinin ixracı 3252,5 milyon kVt/saat, idxalı isə 211,8 milyon kVt/saat təşkil edib.

İl ərzində istilik elektrik stansiyalarında 27 160,4 milyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən isə 2 116,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
 
Ötən ilin hesabatında Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM