Ölkəyə idxal edilən düyünün həcmi artıb

11:26 | 19.01.2024
Ölkəyə idxal edilən düyünün həcmi artıb

Ölkəyə idxal edilən düyünün həcmi artıb

2023-cü ildə Azərbaycanan 50  milyon 86 min dollar dəyərində 54 min 592 ton düyü idxal edilib, bu da ötən illə müqayisədə 8.6 faiz və ya 7 milyon 535 min ABŞ dollar çoxdur. Bu barədə Gömrük Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, 1 ton düyünün idxal qiyməti bu dövrdə 917  dollar, ötən il isə 847 dollar təşkil edib. Qiymətlərdə 70 dollar və ya 8,3% bahalaşma qeydə alınıb.

Düyü ən çox Hindistanda yağışlı mövsümdə yetişdirilən ən vacib əsas qida hesab olunur. Ölkənin əsas düyü yetişdirən əyalətlərində yağıntının normadan 15 faiz az olması daxili təchizatla bağlı narahatlığı artırıb.

2023-cü il iyulun 20-də Hindistan hökuməti basmati olmayan ağ düyü ixracını dərhal dayandıracağını elan edib.

Dünyada düyünün qiyməti iyulda iyun ilə müqayisədə 2,8%, 2022-ci ilin iyulu ilə müqayisədə artım 19,7% artıb və 129,7 bənd təşkil edib. Bu 2011-ci ilin sentyabrından bəri qeyd edilən ən yüksək qiymətdir.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM