Avropa Şurası Parlament Assambleyası (AŞPA )Almaniyanın təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Ukraynanın "Европейская правда” nəşri AŞPA-dakı mənbələrinə istinadən məlumat verib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, AŞPA-nın tətbiq edəcəyi sanksiyalarının ciddi hüquqi əsası yoxdur.
" Onsuz da AŞPA-nın Azərbaycanla mövqeyi Qarabağ müharibəsi kontekstində ciddi deformasiyaya uğrayıb. Bu baxımdan da indi maneə yaratmaq məqsədilə bağlı sanksiya tətbiq etməsi Azərbaycana yan təsir etməyəcək. Təhlükə isə AŞPA ilə Azərbaycan arasında iplərin qırılmasına, Azərbaycanın AŞPA ilə bağlı götürdüyü ödəliklərinin və AŞPA-nın da üzv dövlətlərə qarşı götürdüyü öhdəliklərinin imtina edilməsinə gətirib çıxara bilər. Və yaxud da Azərbaycanın AŞPA-dan imtina edə bilmə imkanlarına da baxıla bilər", -ekspert bildirib.
Politoloq Asif Nərimanlı hesab edir ki, Avropada Azərbaycana qarşı sanksiya məsələsinin gündəmə gəlməsi xüsusən ermənipərəst qüvvələrin təşkil etdiyi lobbi qrupunun fəaliyyətinin nəticəsidir.
"AŞPA-nın tətbiq edə biləcəyi sanksiyalar, qəbul edə biləcəyi qərarların praktiki müstəvidə təsir imkanları yox dərəcəsindədir. İndiyə qədər AŞPA Azərbaycana qarşı qərarlar, qətnamələr qəbul edib. Bu yalnız təşkilatı zorlayacaq addım ola bilər, o cümlədən Azərbaycanın bu təşkilatdakı fəaliyyətini məhdudlaşdırar. Azərbaycan daha öncə də AŞPA ilə bu cür problemlər yaşayıb. Nəticə etibarilə itirən tərəf Azərbaycan olmayıb. Sanksiya məsələsinin gündəmə gəlməsinin bir çox səbəbləri var. Avropa kontekstindən yanaşdıqda Avropanın əsas istəyi Cənubi Qafqazdakı maraqlarının təmin edilməsidir. Xüsusən də bunu Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları üzərindən əldə etməyə çalışırlar. Eyni zamanda istəyirlər ki, sülh danışıqları Avropada keçirilsin. Bununla da Ermənistanın maraqlarını təmin etsinlər. İndiyə qədər keçirilmiş görüşlərdə, xüsusilə də son vaxtlarda Fransanın iştirak etdiyi görüşlərdə, məsələn Qranada görüşündə qəbul edilən bəyanat və digər məsələlər göstərir ki, Qərb platformasında bu cür danışıqların aparılması həm sərhəd məsələsində, həm də kommunikasiyaların qurulmasında Ermənistanın nağıllarının müdafiə edilməsidir. Azərbaycan haqlı olaraq bundan imtina edir. İki tərəfli format irəli sürür.Eyni zamanda bu məsələlərin gündəmə gəlməsi ictimai rəyi formalaşdırmaq və rəsmi Bakıya qarşı təzyiqə nail olmağa çalışmaqdır. Xüsusən də seçki mərhələsində ictimai rəy yaradacaqlar. Təcrübə göstərir ki, Azərbaycanda həmişə xüsusi bir hadisə olanda, dünyanın diqqəti Azərbaycanda olduğu vaxt Qərbdəki bəlli qruplar hansı ki, bu qrupların içərisində erməni lobbisi də iştirak edir ki, həmin qruplar aktivləşir və Azərbaycan haqqında yalnız mənfi rəyi formalaşdırmağa çalışırlar", - politoloq əlavə edib.
Onun sözlərinə görə, əsas məsələdən biri Almaniyanın bu təziqə qoşulmasıdır.
" Məncə, lokomativ rolunda Fransa iştirak edir. Almaniyanın prosesə qoşulmasında məqsəd Fransa Almaniya cütlüyünün Avropa İttifaqı üzərindən öz güc mərkəzini yaratmaqdır. Digər tərəfdən Almaniyanın özünün də Cənubi Qafqazda maraqları var. Almaniya çalışır ki, Azərbaycana qarşı Cənubi Qafqaz siyasətində Fransadan geri qalmasın, Avropanın xarici siyasətində təsiredici üzvlərdən biri olsun", - o deyib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !